HADİSƏ

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub

Sabirabadda qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub
Sputnik

BAKI, 17 mart — Sputnik. Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvələr məhkum olunmuşlar — Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.