Trampın ailəsində qalmaqal yaşanır

Boşanmaya səbəb kimi, Vanessanın siyasəti sevmədiyi iddia olunub
Sputnik

BAKI, 16 mart — Sputnik. ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp və həyat yoldaşı Vanessa Tramp boşanmaq qərarına gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı ABŞ mediası yayıb. 12 ildir evli olan cütlüyün uzun müddətdir birlikdə yaşamadığı məlum olub.

Boşanmaya səbəb kimi, Vanessanın siyasəti sevmədiyi iddia olunub. O, kiçik Donald Trampın tez-tez uzun səyahətlərə çıxmasından və ailəsinə vaxt ayırmamasından narazıdır.

Vanessa boşanmaq üçün Manhattan Yüksək Məhkəməsinə ərizə ilə müraciət edib.

Məsələ ilə bağlı Ağ Evdən rəsmi açıqlama verilməyib.