RUSİYA

Gəncədə Rusiya prezidenti seçilir

Məntəqə saat 10.00-dan öz işinə başlayıb
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Mart ayının 18-də Rusiyada növbəti 6 il ərzində ölkənin ən yüksək vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirməli olan seçkilərə start veriləcək. Azərbaycanda da böyük maraqla izlənilən seçkilərdə iştirak edə bilmək məqsədilə ölkəmizdə olan bütün Rusiya vətəndaşlarının səsvermədə iştirakı üçün seçki məntəqəsinin açılacağı haqda məlumat vermişdik. Seçki günü Bakı şəhərində Rusiya səfirliyinin konsulluq binasında fəaliyyət göstərəcək məntəqədən fərqli olaraq Gəncədə Rusiya vətəndaşları üçün səsvermə bu gündən keçirilir.

Şəhərin Heydər Əliyev meydanındakı İnzibati binada (Rus icması otağı) fəaliyyət göstərən məntəqə saat 10-dan öz işinə başlayıb. 

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski Sputnik Azərbaycan-a müsahibəsində qərb regionunda kifayət qədər Rusiya vətəndaşının yaşadığını və onların bu seçkilərdə aktivlik nümayiş etdirəcəkləri gözlədiyini bildirib.

1 / 5
Gəncədə Rusiya prezidenti seçilir
2 / 5
Gəncədə Rusiya prezidenti seçilir
3 / 5
Gəncədə Rusiya prezidenti seçilir
4 / 5
Gəncədə Rusiya prezidenti seçilir
5 / 5
Gəncədə Rusiya prezidenti seçilir