Həkim əməliyyat zamanı pornoya baxırmış

Brussard onu da iddia edib ki, həkim göz xərçəngi yaşayıb və bu da onun görmə qabiliyyətinə təsir edərək, əməliyyat etməsinə mane olur
Sputnik

BAKI, 17 mart — Sputnik. ABŞ-da cərrah plastik əməliyyat zamanı narkotik qəbul etmək və pornoya baxmaqda ittiham edilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tanınmış cərrah Rebdal Hevorta qarşı iddianı onun keçmiş xəstəsi Tess Brussard qaldırıb.

Qadının sözlərinə görə, 2013-cü ildə Hevort ona uğursuz dodaq böyütmə əməliyyatı edib. Sonra isə məhkəmədə tibbi eksperti rüşvətlə ələ alıb ki, o işini sona qədər davam etdirə bilməsin.

Cərrah Rendal Hevort

Qadının vəkili Kristofer Radd cərrahın keçmiş xəstəsindən öyrənib ki, cərrah əməliyyatlar zamanı pornoya baxırmış və narkotik qəbul edirmiş.

Məlumata görə, Havort xəstələrin tibbi qeydlərini saxtalaşdırır və bəzən də icazə verilməyən əməliyyatlar edirmiş. Brussard onu da iddia edib ki, həkim göz xərçəngi yaşayıb və bu da onun görmə qabiliyyətinə təsir edərək, əməliyyat etməsinə mane olur.

Qeyd edək ki, həkimin başqa bir pasienti də keçən il də eyni iddia ilə çıxış edib. Həkim baş verənlərə heç bir şərh verməyib.