CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyəzən Regional Diaqnostika Mərkəzində konfrans keçirilib

Tibb müəssisələrinin mütəxəssislərdən ibarət qrupları müntəzəm olaraq regionlara ezam edilirlər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Siyəzən Regional Diaqnostika Mərkəzində ölkə əhalisinin kütləvi tibbi müayinələrdən keçirilməsi ilə bağlı şimal regionunda görülən işlərə həsr olunmuş regional konfrans keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Səhiyyə Nazirliyinin nümayəndələrinin, Siyəzən, Şabran və Xızı rayonundakı səhiyyə ocaqlarının rəhbər şəxslərinin və tibb işçilərinin iştirak etdiyi tədbirdə tibbi müayinələrin əhəmiyyətindən danışılıb, dispanserizasiya prosesinin gedişi barədə ətraflı məlumat verilib.

Konfransda bildirilib ki, müayinələrlə əlaqədar respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərdən ibarət qrupları müntəzəm olaraq regionlara ezam edilirlər.

Qeyd edək ki, növbəti regional tədbir martın 16-da Quba Tibb Kollecində keçiriləcək.