İQTİSADİYYAT

Rayonlarımızdakı əsas problemlərdən biri parlamentdə gündəmə gətirildi

Arif Rəhimzadə: "Onlar kompensasiyadan məhrum olublar"
Sputnik

BAKI, 16 mart — Sputnik. "Azərbaycanda kənd təsərrüfatına çox böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi durur. Neftçalada örüş torpaqları əkin üçün istifadə olunur. Torpaqların səmərli istifadəsi məhsul götürülməsi üçün şərait yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, bu torpaqlar qeydiyyata götürülməyib: "Ona görə də onlar kompensasiyadan məhrum olublar. Gərək o torpaqlar yenidən kadastrdan keçsin. Tək Neftçalada deyil, digər rayonlarda da belə hallar var".