HADİSƏ

Bakı metrosunda qorxulu hadisə yaşanır

Nəsimi Paşayev: "Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq"
Sputnik

BAKI, 16 mart — Sputnik. "Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Qatar olmayan vaxt".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz "Facebook" səhifəsində məlumat paylaşıb.

"Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız. Daha ətraflı 10 dəqiqə sonra məlumat verə bilərəm" — o yazıb.