RUSİYA

Sergey Lavrov: "Suriyanın bölünməsinə imkan verməyəcəyik"

"Rusiya, İran və Türkiyə arasında qurulan Astana formatı etibarlılığını sübut edib"
Sputnik

BAKI, 16 mart — Sputnik. "Suriyaya sülhü gətirmək üçün Astanada aparılan danışıqlar və müsbət nəticələri Suriyanı bölmək istəyənləri narahat edir". Sputnik xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Türkiyə suriyalı "aslanları" döyüşə buraxdı

Qazaxıstanın paytaxtı Astanada Suriya məsələsi üzrə zamin ölkələr — Türkiyə, İran və Rusiya xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə danışan Lavrov qeyd edib ki, bu üç dövlət Suriyanın parçalanmasına imkan verməyəcək.

Qərb blokunu sərt tənqid edən rus nazir onları Suriyada fitnə çıxarmaqda günahlandırıb. Lavrov bir il əvvəl Rusiya, İran və Türkiyə arasında qurulan Astana formatının etibarlılığını sübut elədiyini və bu prosesin Suriyadakı vəziyyəti normallaşdırmaq ilə sinonim təşkil elədiyini vurğulayıb.