Böyük Britaniyadan Türkiyə vətəndaşlarına qarşı düşməcəsinə addım

Artıq Türkiyə vətəndaşları yalnız viza müddətinin uzadılması üçün müraciət edə bilərlər
Sputnik

BAKI, 16 mart — Sputnik. Böyük Britaniya Türkiyə vətəndaşlarına verdiyi müddətsiz yaşamaq icazəsini ləğv edib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Ankara ilə müqaviləsi çərçivəsində Türkiyə vətəndaşlarına verdiyi müddətsiz yaşamaq haqqını bu gündən ləğv edib. Bundan sonra yalnız viza müddətini uzatmaq mümkün olacaq.

Ankara müqaviləsinə görə, Türkiyə vətəndaşları ilk müraciətlərində 1 il, bu müddətin sonunda 3 illik viza alırdılar. 4-cü ilin başa çatmasından sonra isə müddətsiz yaşamaq hüququ əldə edirdilər. Yeni tənzimləmə ilə bu vəziyyət ləğv edilib.

Artıq Türkiyə vətəndaşları yalnız viza müddətinin uzadılması üçün müraciət edə bilərlər. Hər müraciət zamanı 3 illik yaşama icazəsi veriləcək.