CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəs onu qarşılamağa hazırlaşır, amma harada və necə?

Azərbaycan vətəndaşları Novruzu harada keçirəcək?
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Azərbaycan xalqının əsrlərdir qeyd etdiyi ən qədim bayramlardan biri də Novruzdur. Azərbaycanlılar bu bayramı hər il xüsusi təmtəraqla qeyd edirlər. Bu il də Novruz bayramı dövlət səviyyəsində təntənəli surətdə qeyd ediləcək. Hətta ölkədə 1 həftə qeyri-iş günü elan edilib.

Bakıda Novruz karvanı təşkil olunmayacaq

Maraqlıdır, bəs insanlarımız builki Novruzu harada qeyd edəcəklər? Baharı hansı ortamda, kimlərlə qarşılamağı düşünürlər? Sputnik Azərbaycan bu sualla da sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edənlərin əksəriyyəti Novruzu evlərində, ailələri ilə birlikdə qeyd etməyi planlaşdırdıqlarını bildiriblər.

Ramiz Kazımov: "Nə bayram? Mənim üçün bayram yoxdur. Artıq heç bir ilin tarixi yada düşmür. Adi günlərdən biridir".

Qafur İsayev: "Evdə keçirəcəm bayramı. Pul var ki, gəzməyə gədəsən?".

Əbülfət Talıbov: "Evdə bayram keçirəcəm".

Ceyhun Quliyev: "İşdə bayramı qarşılamaq məcburiyyətində olacam".

Jalə Məmmədli: "Bayramda Tovuza gedəcəm. Anamın yanında bayramı qarşılayacam".

Azər Kərimov: "Ailə üzvlərimlə birlikdə Novruz bayramını qeyd edəcəm".

Gülnar Hacıyeva: "Bulvarda bayramı keçirəcəm. Amma istirahət etməyəcəm, işləyəcəm".

Bəxtiyar Hacıyev: "Abşeron yarımadasında. Yəni Biləcəridən o tərəfə keçə bilməyəcəyik".

Məhəmmədəli Qəribli: "Gürcüstanda bayram tətilimi qeyd edəcəm".

Nurlan Cəfəri: "Ailədən gözəl istirahət? Novruzu evdə qeyd edib, dostumla Azərbaycan turuna çıxmağı planlaşdırırıq".

Sərdar Yusifoğlu: "Nyu-York və Boston şəhərində rəsmi görüşlər keçirəcəm, eyni zamanda istirahət edəcəm".

Mansur Piriyev: "Əlbəttə ki, kənddə, ailəm və qohumlarım ilə birlikdə bayramı qeyd edəcəm".

Bakı əhalisi üçün fürsət: Martın 25-dək artıq xərc və əziyyətdən azadsınız

Günel Əbilova: "Biz də həyat yoldaşımın kəndinə qonaq gedəcəyik. Bayramı qohumlar ilə birgə keçirəcəyik".

Namidə Bingöl: "Rayona gedəcəm. Evdə bayram etməyəcəm. Neçə illərdi ki, Şamaxıya gedirəm".

Kərim Kərimli: "Mən həyat yoldaşımla birlikdə Füzuliyə gedəcəm. Orada 2018-ci il başlayandan bəri müxtəlif yaşda olan 6 qohumum vəfat edib. Heç birinin yasına gedə bilməmişik. Ya gec xəbər tutmuşuq, ya da 3, 7, 40 mərasimləri iş gününə düşdüyünə görə Bakıdan çıxa bilməmişik. İndi qarşıdan gələn bayram günlərində o ailələri bir-bir ziyarət edəcək, başsağlığı, təsəlli verəcək, gedə bilmədiyimiz üçün dil-ağız edəcəyik. Sizin də bayramınız mübarək".

Vasif Əlihüseyn: "Bu il Novruz bayramını ilk olaraq öz evimdə, xanımımla keçirəcəm. Bu günə kimi bayramı çox vaxt işdə və ya qohumların evində keçirmişəm. Amma ailə qurduğum üçün bu il öz evimdə, ailəmlə birlikdə Novruz bayramını qeyd edəcəyik".