Müdhiş təyyarə qəzası barədə gözlənilməz xəbər ortaya çıxdı

İtkin düşdüyü iddia edilən pilot Beril Gebeşin cənazəsinin müəyyən edilməsi ilə bağlı işlər hələ davam etdirilir
Sputnik

BAKI, 15 mart — Sputnik. Türkiyənin Tehrandakı səfirliyi bazar günü İranda qəzaya uğrayan özəl təyyarədə ölən qadınlardan 10-nun cənazəsini Türkiyəyə göndərib. Sputnik Azərbaycan xəbər verir ki, İrandan Diyarbəkirə gətirilən cənazələr buradan İstanbula göndərilib.

İran tərəfinin məlumatına görə, 11 cənazədən birinin əslində digər şəxslərə aid parçalar olduğu müəyyən edilib. Ona görə də bir nəfər hələ itkin hesab edilir. Qurum təhvil verilən cənazələrin Mina Başaran, Sinem Akay, Jasmin Baruh Siloni, Burcu Gündoğan Urfalı, Liana Hananel, Ayşe And, Asligül İzmirli, Zeynep Coşkun, Melike Kuvvet və Eda Usluya aid olduğunu bildirib.

İtkin düşdüyü iddia edilən pilot Beril Gebeşin cənazəsinin müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir.