Lavrov səhnədə büdrədi və zarafat etdi - VİDEO

“Gördünüz? Büdrədim. Amma yaxşı ki, diplomatik cəbhədə deyil, səhnədə büdrədim”
Sputnik

BAKI, 15 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən “Rusiya – imkanlar ölkəsi” forumunda səhnəyə çıxan zaman yıxılıb.

Sputnik Azərbaycan NTV telekanalına istinadən xəbər verir ki, səhnəyə çıxanda büdrəyən xarici işlər naziri diz üstə çöküb, amma tez ayağa qalxıb və yerinə oturub. O forumda çıxışını yıxılması ilə bağlı zarafatla başlayıb: “Gördünüz? Büdrədim. Amma yaxşı ki, diplomatik cəbhədə deyil, səhnədə büdrədim”.