Səudiyyə vəliəhdindən İrana nüvə təhdidi

Amerikanın CBS telekanalına danışan 32 yaşlı Salman bildirib ki, İranla gərginlikdə maraqlı deyillər
Sputnik

BAKI, 15 mart — Sputnik. “İran nüvə silahı əldə etmək üçün çalışarsa, Səudiyyə Ərəbistanı da eyni addımı atacaq”. Sputnik xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salman deyib.

Amerikanın CBS telekanalına danışan 32 yaşlı Salman bildirib ki, İranla gərginlikdə maraqlı deyillər.

"İranla aramızda gərginliyin böyüməsində maraqlı deyilik. Amma əgər İran nüvə silahı əldə etmək üçün çalışarsa, Səudiyyə Ərəbistanı da eyni addımı atacaq" — ərəb şahzadə söyləyib.

Yaxın Şərqdə maraqları toqquşan iki ölkə aktiv qarşıdurmanın olduğu Yəmən kimi ölkələrdə rəqib qruplaşmaları dəstəkləyərək bir-biri ilə dolayı yolla müharibə aparırlar.