CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxilində narkotik gətirən şəxs saxlanılıb

Vətəndaşın düz bağırsağında metamfetamin aşkar edilib
Sputnik

BAKI, 15 mart — Sputnik. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağında bir ədəd bağlamada, xalis çəkisi 12,034 qram olan psixotrop maddə — metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.