ABŞ-da kimya zavodu partladı: İtkin düşən və yaralananlar var - VİDEO

Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir
Sputnik

BAKI, 15 mart — Sputnik. ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var.

Sputnik Azərbaycan“RİA Novosti”yə istinadən xəbər verir ki, insident Kresson şəhərində baş verib.

Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

​Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir.