RUSİYA

Qatarla ekskavatorun toqquşmasının görüntüləri yayıldı

Videoda zərbəyə məruz qalmış vaqon, aşmış traktor və onun yanında uzanmış kişi görünür
Sputnik

BAKI, 14 mart — Sputnik. İnternet şəbəkəsində bu gün Moskva dəmir yolunun Yauza və Malenkovskaya stansiyaları arasında ekskavator və elektrik qatarı arasında baş vermiş toqquşmasının kadrları yerləşdirilib.

Videoda zərbəyə məruz qalmış vaqon, aşmış traktor və onun yanında uzanmış kişi görünür.

İlkin məlumata görə, ekskavator plitəni bir yerdən başqa yerə daşıyarkən döngə zamanı elektrik qatarı ilə toqquşub.

Hadisə nəticəsində ekskavatorun sürücüsü xəsarət alıb.

İnsidentlə bağlı ərazidəki yollarda problemlər yaranıb.