Türk seriallarına qoyulan qadağanın arxasından görün kim çıxdı?

Mövzu ilə bağlı ABŞ mətbuatı maraqlı iddia ortaya atıb
Sputnik

BAKI, 14 mart — Sputnik. Mərkəzi ofisi Səudiyyə Ərəbistanında yerləşən və ərəb dünyasında ən çox izlənilən telekanal kimi tanınan MBC-nin türk seriallarının yayımını dayandırması haqda xəbər vermişdik. Şirkət, tərkibində fəaliyyət göstərən digər 11 kanala da bu barədə təlimat göndərmişdi.

Bu ani qərarın nə məqsəd daşıdığı, göstərişi kimin verdiyi bugünədək naməlum olaraq qalırdı.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, mövzu ilə bağlı ABŞ mətbuatı maraqlı iddia ortaya atıb. İddiaya görə, türk seriallarının ərəb ölkələrində yayımının dayandırlması barədə göstərişi Səudiyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Selman verib. Bu barədə "Wall Street" jurnalına adının açıqlanmasını istəməyən səudiyyəli rəsmi şəxs danışıb. O deyib ki, ərəb şahzadə türk seriallarına embarqo qoymaqla Ankaraya mesaj göndərir.

"Xatırlayın, Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb ölkələri Qətəri İranla yaxınlığına görə küncə sıxmışdı. Türkiyə Qətərə dəstək verməklə onları sanksiyaların mənfi təsirindən qorumuşdu. Əlbəttə, Ərdoğan hökumətinin bu addımı şahzadənin xoşuna gəlməmişdi. Bu da nəticəsi" — səudiyyəli səlahiyyətli qeyd edib.