TƏHLİL

Politoloq: “Britaniya Rusiyanın Şərqi Avropada apardığı siyasətdən narahatdır”

Politoloq İlqar Vəlizadə deyir ki, ölkələr arasındakı gərginlik siyasi baxışlardakı ziddiyyətlərdən qaynaqlanır
Sputnik

İlqar Vəlizadə: “Britaniya Rusiya daxili siyasətinə təsir göstərməyə çalışır”
“Rusiya-Böyük Britaniya münasibətləri hər zaman gərgin olub”. Bunu Rusiya-Böyük Britaniya münasibətlərindəki gərginliyi Sputnik Azərbaycan-a şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

“Britaniya Rusiyanın digər ölkələrlə münasibətlərində hər zaman ona qarşı olan tərəfdə dayanıb. İndiki gərginlik isə yeni çalarlarla zəngindir. Bu gərginlik həm də iki ölkənin siyasi baxışlarındakı ziddiyyətlərdən qaynaqlanır. Britaniya Rusiyanın Şərqi Avropada apardığı siyasətdən narahatdır. Onlar çalışırlar ki, Rusiya daxili siyasətinə təsir göstərsinlər. Britaniya ənənəvi və yeni partnyorlar hesabına Rusiyaya qarşı qabaqlayıcı tədbirlər görür”, — deyə o bildirib. 

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.