RUSİYA

Lavrov-Çavuşoğlu görüşü yekunlaşdı, ortaq məqsəd açıqlandı

Görüşdə Suriya məsələsi başda olmaqla, iki tərəfli siyasi-iqtisadi əlaqələr müzakirə edilib
Sputnik

BAKI, 14 mart — Sputnik. Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Sputnik Türkiyə xəbər verir ki, Sergey Lavrov və Mövlud Çavuşoğlu təkbətək və heyətlərarası görüşdən sonra mətbuata birgə açıqlamalar veriblər.

Görüşdə Suriya məsələsi başda olmaqla, ikitərəfli siyasi-iqtisadi əlaqələr, ticarət və s. bu kimi mövzular müzakirə edilib. Mövlud Çavuşoğlu bildirib ki, aprelin 3-də Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Tayyib Ərdoğanla bir araya gələcək.

"Cənab Lavrovla buradakı görüşümüz aprelin 3-də Ankarada keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq xarakteri də daşıyır", — Çavuşoğlu deyib.

Suriyadakı mövcud problemə də toxunan nazirlər hər iki ölkənin problemin həllində birgə çalışdıqlarını bildiriblər.