MƏDƏNİYYƏT

Musiqiçi qeyri-adi hərəkəti ilə tamaşaçıları heyrətləndirməyi bacardı

Şərhlərdə bir çox istifadəçilər musiqiçinin bu hərəkətinə yumorla yanaşıblar
Sputnik

BAKI, 14 mart — Sputnik. Sankt-Peterburq sakinləri şəhərdəki körpülərin birinin məhəccərlərinin üzərində əlində gitara rolik sürərək gedən kişinin videosunu çəkiblər. Rolik sosial şəbəkələrdə yayılıb.

Şərhlərdə bir çox istifadəçilər musiqiçinin bu hərəkətinə yumorla yanaşıblar.

"Mən necə də darıxdırıcı yaşayıram!" — John Smith adlı istifadəçi yazıb.

"İndi mən hər şeyi görmüşəm" — Aleksandr Sivak qeyd edib.

İstifadəçi Aleksey Vasilyev isə bu cəsarətli musiqiçini şəhərin başqa rayonlarında da eyni hərəkəti edərkən gördüyünü yazıb.