SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsa Qəmbərin səhhəti barədə son xəbər

Sabiq başqanın Ankarada müayinə və müalicəsi uğurla başa çatıb
Sputnik

BAKI, 14 mart — Sputnik. Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər müalicə aldığı Ankaranın "Hacettepe" xəstəxanasından buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı öz "Facebook" səhifəsində məlumat paylaşıb.

"İsa bəyin Ankarada müayinə və müalicəsi uğurla başa çatdı. Xəstəxanadan çıxdı. Yaxın günlərdə Bakıya dönəcək" — deyə A.Hacılı yazıb.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe" xəstəxanasına yerləşdirilib.