SƏHİYYƏ

İsa Qəmbərin son görüntüləri yayıldı

Müsavat Partiyasının keçmiş başqanının xəstəxanadan çıxdıqdan sonra ilk görüntüləri sosial şəbəkədə paylaşılıb
Sputnik

BAKI, 14 mart — Sputnik. Xəbər verdiyimiz ki, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər müalicə aldığı Ankaranın "Hacettepe" xəstəxanasından buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı öz "Facebook" səhifəsində İsa Qəmbərin müalicə olunduğu müəssisədən çıxarkən çəkdirdiyi fotonu paylaşıb.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe" xəstəxanasına yerləşdirilib.