Ərdoğandan Afrin müjdəsi

Türkiyə prezidenti: "Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək"
Sputnik

BAKI, 14 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlarla görüşdə mühüm açıqlama verib. Sputnik Azərbaycan xəbər verir ki, Ərdoğan "Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək" müjdəsini verib.

"Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatı nəticəsində 3444 terrorçu məhv edilib", — prezident bildirib.

"Afrini də, Membiçi də terrorçulardan təmizləyəcəyik. Bizim hədəfimiz torpaq qazanmaq deyil, sərhədlərimizi terrordan təmizləməkdir. Bundan sonra kimlərəsə Türkiyəni terrorla şantaj etmələrinə imkan verməyəcəyik", — dövlət başçısı vurğulayıb.