İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşüb
Sputnik

BAKI, 14 mart — Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım ilə görüşüb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfərə gəlib. B.Yıldırımı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.