CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident yazıçı Anarı təltif etdi

Anar Rzayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib
Sputnik

BAKI, 13 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev yazıçı Anarı təltif edib.

Sputnik Azərbaycan xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsas tutaraq, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi barədə sərəncam imzalayıb.