Tramp Tillersonu dövlət katibi postundan qovdu

Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi vəzifəsinə təyin edib
Sputnik

BAKI, 13 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp özünün Twitter səhifəsində yazıb. Ağ ev rəhbəri bu vəzifəyə təyin olunan şəxsin kimliyini də açıqlayıb. Belə ki, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi vəzifəsinə təyin edib.

MKİ-nin yenə rəhbəri isə Cina Haspel olacaq. Buna qədər o, Pompeonun müavini olub.