Rusiya ABŞ-ı vurmaqla hədələdi

ABŞ müdafiə naziri Cim Metis, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı
Sputnik

BAKI, 13 mart — Sputnik. “Əgər ABŞ, Suriya rejimini bombalasa, bölgədəki rus hərbi komandanlığı buna cavab verəcək”. Sputnik AzərbaycanCNBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

“ABŞ paytaxt Dəməşq də daxil olmaqla, Suriya ərazisini bombalayan zaman bizim hərbçilərin həyatına təhlükə yaranarsa, buna cavab veriləcək".

Gerasimov, rus əsgərlərini hədəf alan nə varsa, hamısının yox ediləcəyini söyləyib.

Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Cim Metis (Jimm Mattis), kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, Bəşər Əsəd rejimini vuracaqlarını açıqlamışdı.