HADİSƏ

Azərbaycanda dəhşətli qəza: 15 nəfər xəsarət aldı

Şirvanda mikroavtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb
Sputnik

BAKI, 13 mart — Sputnik. Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.