CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Gənclər Fondunun yeni rəhbərliyini təyin etdi

Fərid Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib
Sputnik

BAKI, 13 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Prezident iki yüksək vəzifəyə təyinatla bağlı sərəncam verib

Məmmədəliyev Yusuf Ülfət oğlu — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu — Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu — Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu — Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu — “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu —“İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu — “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.