Üç güllə ilə qətlə yetirilən azərbaycanlı qadının öldürülməsinin təfərrüatı

Məhkəmənin qərarından narazı qalan Abxaziya sakini keçmiş arvadını qətlə yetirib
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycan əsilli Rusiya vətəndaşı Gülgəz Məmmədova Suxumidə odlu silahdan aldığı 3 güllə yarası nəticəsində həyatını itirib. Bu barədə Sputnik Azərbaycan-a Abxaziyanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Azərbaycanda güllələnmə limiti iki min nəfərə qaldırıldı"

Qeyd edək ki, martın 11-də gənc qadın Gülgəz Məmmədova Abxaziyanın Suxumi şəhərinin Aiaaira prospektində öldürülüb. Qatil Viktor Canba şübhəli şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qatil odlu silahdan istifadə edib.

Hadisənin baş verdiyi yerdən 7.62 millimetr kalibrli "Kalaşnikov" avtomatı və boş gilizlər tapılıb.

Qətlə səbəb nikahın pozulması ilə bağlı keçirilən məhkəmə prosesinin nəticəsi olub.

Gülgəz Məmmədovanın öldürüldüyü yer

2015-ci ilin 24 iyulunda Suxumi şəhər məhkəməsinin hakimi Orxan Çediya Gülgəz Məmmədovanın Viktor Canbaya qarşı qaldırdığı onların azyaşlı oğlunun yaşayış yeri ilə təmin edilməsi və anası ilə qalması barədə iddianı təmin edib. O vaxta qədər Məmmədova və Canbanın birgə nikahdan doğulan oğlu atası ilə yaşayırmış. Məhkəmənin oğlu anaya verməsi barədə qərarı Canbanı qəzəbləndirib və o, keçmiş arvadını öldürmək qərarına gəlib.

Əvvəllər Qudauta rayonunun Xıpsta kəndində yaşamış 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı Məmmədova Gülgəz Sabit qızının qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi qaldırılıb.

1978-ci il təvəllüqdlü Canba Viktor Teymuroviç isə Suxumidə yaşayıb. Dindirilmə zamanı o, bəyan edib ki, keçmiş arvadını uzun müddət davam edən və getdikcə dərinləşən düşmən münasibətləri zəminində öldürüb.

Səhəri güllələnmə xəbəri ilə açdıq

Məmmədova 3 güllə yarası alıb və onlardan biri ürəyinə dəyib. O, bütün güllə yaralarını 1-2 metrlik məsafədən açılan atəş nəticəsində alıb.

O da məlum olub ki, qadın məhkəmənin qərarına uyğun olaraq hər bazar günü uşağı keçmiş həyat yoldaşının evinə gətirirmiş. Sonuncu dəfə isə onların arasında münaqişə yaranıb və qətllə nəticələnib.

Canbaya qarşı adam öldürmə və qanunsuz silah əldə etmə və saxlama maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma davam edir.