Xoşbəxtlikləri yarıda qaldı

Qəzada dünyasını dəyişənlərdən 4-ü ailə qurmağa hazırlaşırmış
Sputnik

BAKI, 12 mart — Sputnik. Türkiyəyə məxsus şəxsi təyyarənin dünən İranda qəzaya düşməsi ilə bağlı xəbər vermişdik. Sputnik Azərbaycan qəzada həlak olanlar barədə Türkiyə mediasına istinadən maraqlı məlumatlar əldə edib.

Belə ki, qəzada dünyasını dəyişənlərdən 4-ü ailə qurmağa hazırlaşırmış. 2-si isə hamilə idi. Təyyarənin sahibi, iş adamı Hüseyn Başaranın qızı Mina Başaran apreldə, Zeynəb Coşqun, Ayşə And və Sinam Akay isə yayda toy etməyə hazırlaşırdı. Burcu Gündoğar Urfalı və Jasmin Baruh Siloni isə hamilə idi.

Qeyd edək ki, Türkiyəyə məxsus şəxsi təyyarə dünən İranın cənubundakı Şəhrəkürd bölgəsində qəzaya uğrayıb. Təyyarə tanınmış biznesmen, "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Onlar toydan qabaq subaylığa vida gecəsindən qayıdırmış.