Arvadını öldürmək üçün bankdan kredit götürdü

22 yaşlı gənc "killerlə" görüş zamanı 2 bıçaq, həyat yoldaşının şəklini və ünvanını verib
Sputnik

BAKI, 12 mart — Sputnik. Rusiyanın Leninqrad vilayətində arvadını öldürmək qərarına gələ kişi bankdan kredit götürüb.

Sputnik Azərbaycan "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, kişi killerə avans vermək üçün bankdan 40 min rubl götürüb. O, bankın "məqsədiniz" sualına, "şəxsi ehtiyac üçün" cavabını verib.

Arvadından 500 min alan azərbaycanlı killer qadının ərini öldürüb

Məhkəmə onun barəsində 5 il həbs cəzası kəsib. Bu müddətin 3 ilini islah əmək düşərgəsində, 2 ilini isə qapalı həbsxanada keçirməlidir. Onu adam öldürməyə hazırlaşmaqda ittiham edirlər.

Sankt-Peterburqun 22 yaşlı sakini həyat yoldaşını ötən ilin yayında öldürməyə hazırlaşırmış. O, bu barədə tanışına danışıb, sonuncu isə polisə xəbər verib. Killer rolunda da polis əməkdaşı çıxış edib.

22 yaşlı gənc "killerlə" görüş zamanı 2 bıçaq, həyat yoldaşının şəklini və ünvanını verib. Qətlin təsdiqi kimi isə onun şəxsi əşyalarını tələb edib. Onu avans verən zaman həbs ediblər.

O, danışıb ki, arvadından zəhləsi gedirmiş, azyaşlı qızı üzərində himayə əldə etmək istəyirmiş. Onlar çox qısa müddət bir yerdə yaşayıblar və qadın toydan az sonra ərindən ayrılıb.