Miss & Mister Grand Azerbaijan gözəllik müsabiəsinin təqdimatı və iştirakçılarla tanışlıq Bakıda Elite Events Hall-da keçirilib. İki kastində seçilmiş iyirmi oğlan və iyirmi qız ilk dəfə olaraq müsabiqənin podiumuna çıxıblar.
Müsabiqə iştirakçıları qonaqları yaddaqalan defile nümayiş etdiriblər. Qonaqlar həmçinin gözəl konsert proqramına və parlaq şouya tamaşa ediblər.
Qeyd edək ki, müsabiqənin yarımfinalı mayda olacaq, iyun ayında isə qaliblərin adları məlum olacaq. Onları ölkənin tanınmış simalarından ibarət münsiflər heyəti seçəcək. Təşkilatçıların bildirdiklərinə görə, müsabiqə çərçivəsində moda defilesi də keçiriləcək.
Miss & Mister Grand Azerbaijan layihəsinin digər gözəllik müsabiqələrindən fərqi burada yalnız heç bir titulu olmayan yeni başlayan modellərin iştirak etmək hüququnun olmamasıdır. İştirak pulsuzdur.
Sputnik Azərbaycan Miss & Mister Grand Azerbaijan-ın informasiya tərəfdaşıdır.