SƏHİYYƏ

Azərbaycanda riskli əməliyyat - VİDEO

Yeni doğulan körpə uğurla əməliyyatdan çıxıb
Sputnik

BAKI, 12 mart — Sputnik. Azərbaycanda yeni doğulmuş daha bir körpə əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda uşaq cərrahı Fuad Hüseynov öz "Facebook" səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, bətndaxil dövrdə çəkilmiş UZİ müayinəsində qarın boşluğunda böyük ölçülü törəmə (şiş) görünən körpənin valideynləri həkimə müraciət ediblər. Aparılan müayinələr nəticəsində məlum oldu ki, körpənin sol yumurtalığında, təqribən 10-12 sm ölçüdə kista mövcuddur.

"Gözləmək təhlükəli ola bilərdi, çünki nəhəng ölçülü kista uşağın yumurtalığını buraraq yumurtalığını itirməsinə səbəb olardı. Uşağın yaşını, anesteziya risklərini, kistanın böyüklüyünü, həm də ailənin istəyini nəzərə alaraq açıq cərrahi əməliyyat qərarı verildi" — həkim bildirir.

Cərrahi əməliyyat zamanı kistanın içərisindən, təqribən 100-150 ml maye boşaldılıb, yumurtalıq qorunaraq kista çıxarılıb.