BAKI, 12 mart — Sputnik. Sankt-Peterburqda polis əməkdaşları 23 yaşlı taksi oğrusunu saxlayıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma zamanı onun şəhər təhsil komitəsinin keçmiş məmuru olduğu müəyyən edilib.
Məlumata görə, şənbə günü axşam polisə 38 yaşlı Orta Asiya respublikalarından birinin vətəndaşı olan taksi sürücüsü müraciət edib. O bildirib ki, gecə sərnişin apararkən Zamşina küçəsində yanacaqdoldurma məntəqəsinə daxil olub. Sürücü avtomobildən düşən kimi sərnişin onun Hyundai Solaris avtomobilini oğurlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin avtomobili qaçıran şəxsi saxlayan zaman məlum olub ki, o keçmiş məmurdur. Hazırda həmin şəxsin haqqında cinayət işi başladılıb.
Qeyd olunur ki, oğru idarəetməni itirdiyi üçün avtomobili beton lövhələrə vurub. Oğurlanmış avtomobil taksi sürücüsü tərədindən kreditə götürülübmüş.
Oğru əvvəllər şəhər təhsil komitəsinin maliyyə-plan şöbəsinin baş inspektoru olub.
"Martın 5-dən həmin şəxs komitənin işçisi deyil. O fevral ayında öz xahişi ilə işdən azad edilməsini istəyib. O bizdə yarlm il çalışıb" — deyə komitənin təmsilçisi bildirib.