Putin: "Merkel mənə bəzən pivə gətirir"

"Bəzən Angela (Merkel) mənimçün Rusiyaya səfəri zamanı Radenberq pivəsindən bir neçə şüşə gətirir"
Sputnik

BAKI, 11 mart — Sputnik.Almaniyanın federal kansleri Angela Merkel Rusiyaya səfər zamanı bəzən ölkə prezidenti Vladimir Putin üçün sevimli pivə növünü gətirir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya lideri bildirib.

"Bəzən Angela (Merkel) mənimçün Rusiyaya səfəri zamanı Radenberq pivəsindən bir neçə şüşə gətirir" — Putin, onun barəsində çəkilən eyniadlı filmdə söyləyib.