CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxda faciə: Balıqçılar göldə batdı

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb
Sputnik

BAKI, 11 mart — Sputnik. Qazaxda 2 nəfər suda boğulub.

Sputnik Azərbaycan "Report"a istinadən məlumat verir ki, onlar Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batıblar.

Batan şəxslər 35-38 yaşlı Ömərov Adil və Mustafayev Elşəndir.

Həmin şəxslərin balıqçı olduqları bildirilir. İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb.

Həmin şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən davam etdirilir.