Türkiyə-Yunanıstan sərhədində olay: İki jurnalist tutuldu

Onların sözünə görə, icazə üçün müraciət ediblər, amma cavab gəlmədən işləməyə başlayıblar
Sputnik

BAKI, 10 mart — Sputnik. Yunanıstan polisi Türkiyə ilə sərhəddə yerləşən Avros sərhəd zonasında iki alman jurnalisti həbs edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "Business Standard" nəşri məlumat verib.

31 yaşlı kişi və 33 yaşlı qadın jurnalistlər Didimotixo rayonu ərazisində Pranqi kəndində saxlanılıb. Bu ərazidə olmaq üçün hərbi rəhbərlikdən icazə almaq tələb olunur. Jurnalistlər bildiriblər ki, Almaniyanın “ARD” telekanalında çalışırlar və Evros çayı ilə gizli şəkildə vətənlərinə qayıtmaq istəyən türklər haqqında reportaj hazırlamaq üçün bu ərazidədirlər.

Onların sözünə görə, icazə üçün müraciət ediblər, amma cavab gəlmədən işləməyə başlayıblar.

Qeyd edək ki, keçən həftə Avros sərhəd rayonunda iki yunan hərbçisi təsadüfən Türkiyə ərazisinə keçdikləri üçün saxlanmışdılar. Hələ ki, Türkiyə onları verməkdın imtina edir. Yunanıstan tərəfi iddia edir ki, Ankara kiçik prosesi ciddi hadisəyə çevirir.