CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeraltı avtobus təqdim edildi – VİDEO

Biznesmen şərhində qeyd edib ki, yeraltı elektrobus metrodan fərqlənəcək
Sputnik

BAKI, 10 mart — Sputnik. "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Mask digər şirkəti "The Boring Company" tərəfindən inşa ediləcək yeraltı tunellər üçün elektrobusun konsepsiyasını göstərib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İlon Mask videonu "Twitter" səhifəsində paylaşıb.

Elektrobusu tunel və liftlərin arasında avtomatik dayanan, sürəti saatda 150 milə (241 km/saat) çatan yeraltı elektrik avtobusu adlandırmaq olar.

"Bəli, bu, avtobusdur" — Mask twitlərə cavabda yazıb.

Biznesmen şərhində qeyd edib ki, yeraltı elektrobus metrodan fərqlənəcək.

O əlavə edib ki, "The Boring Company" şirkəti üçün prioritet avtomobillər yox, piyadalar və velosipedçilər olacaq. Mask izah edib ki, onun şirkəti şəhər ərazində çoxlu sayda kiçik stansiyalar inşa etmək niyyətindədir.