SƏHİYYƏ

Seksual həyatı yaxşılaşdırmaq üçün bu məsləhət görülür...

Pis seks və yuxusuzluğun səbəbi stressdir
Sputnik

BAKI, 10 mart — Sputnik. Seksual həyatı yaxşılaşdıran sadə səbəb aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Amerika universitetinin professoru Lori Mints seksual həyatın keyfiyyətinin yuxu ilə əlaqəli olduğunu müəyyən edib.

Mints qeyd edib ki, hər 3 amerikalıdan biri yuxu problemləri yaşayır. Bununla yanaşı kişilərin 31, qadınların 45 faizi seksual həyatlarından razı deyil.

Psixoloq inanır ki, bu göstəricilər bir-birilə əlaqəlidir. Bu təkcə insanların sekslə məşğul olduğu və yatdığı yerin eyni olması ilə əlaqəli deyil. Həm də pis seks və yuxusuzluğun səbəbi stressdir.

Mintsin fikrinə göə, insanların öz qapalı əhatəsi var. Yaxşı seks yaxşı yuxuya səbəb olur. Pis seks yuxusuzluğa səbəb olur və insan seksual hisslərini zəiflədir.

Mütəxəssislər sübut edib ki, qadın üçün 1 gün yaxşı yatmaq ertəsi gün seksual hisslərin 14 faiz artması deməkdir.