CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dövlət idarəsinin seyfi oğurlandı

Naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb
Sputnik

BAKI, 10 mart — Sputnik. Biləsuvar rayonunda poçtdan oğurluq olub.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.

Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.

Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.