HADİSƏ

Silahlı şəxs 3 veteranı girov götürüb

Kaliforniyada naməlum şəxs veteranlar mərkəzində 3 nəfəri girov götürüb
Sputnik

BAKI, 10 mart — Sputnik. Silahlı şəxs ABŞ-ın Kaliforniya ştatının Yontvil şəhərində veteranlar evində 3 nəfəri girov götürüb.

Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub.

Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan  yaşayır. 

Yerli şerif idarəsinin "Twitter" mikrobloqunda kompleksə yaxınlaşmamağın tövsiyyə olunduğu xəbərdarlıq dərc olunub.