CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda meyiti tapılan şəxs oğru olub

Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıblar
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 3-də Şabran rayon Polis Şöbəsinə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə gəncin meyiti tapılması barədə məlumat daxil olub. İlkin informasiyada həmin şəxsin öldürüldüyü bildirilirdi.

Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat tədbirləri keçiriblər. Araşdırma zamanı meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu müəyyən olunub.

Cəlilabadda çobanlar meşədə meyit tapdılar

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində E.Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub. Məlum olub ki, Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıblar.

Hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.