CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan jurnalistlərinin qurultayı başlayıb

Konfransda MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq
Sputnik

BAKI, 10 mart — Sputnik. Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir.

Əli Həsənov: "Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib?"

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənəcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Konfransda həmçinin MŞ İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Belə ki, Təşkilat Komitəsi İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklifini edib. Bununla əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyi təklifini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək.