CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran vətəndaşı azərbaycanlı transı qanına qəltan etdi

Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub
Sputnik

BAKI, 10 mart — Sputnik. Türkiyədə azərbaycanlı transseksual öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda hoteldə meyiti tapılan Azərbaycan əsilli, Roman adlı transseksualın qatili yaxalanıb.

Məlumata görə, onun qatilinin İran əsilli Aşkan Kazemi olduğu bəlli olub.

Roman adlı transvestitin qatili Aşkan Kazeminin həbsi

Aşkan Kazemi Romanı öldürdükdən sonra mindiyi taksinin sürücüsünü yaralayıb. Daha sonra onu soyaraq Bursaya gedib, orada bir qadın sürücüyə qarşı eyni əməli təkrarlamaq istəyərkən ələ keçib.

Transseksual Şamplena Bakının bir rayonunu vahimədə saxlayır

Kazimi Yağmur Ş. adlı qadının avtomobilini vurub. Avtomobildən enən qadın avtomobilin açarını ondan almaq istəyən Kazimi ilə mübahisə edib. Kazimi hadisə yerindən uzaqlaşandan sonra bu dəfə başqa qadını soymaq istəyib. Vətəndaşlar tərəfindən saxlanılan iranlı polisə təhvil verilib.

Qatilin kimliyi hotel kameraları vasitəsi ilə müəyyənləşdirilib.

O, polis idarəsinə "əvvəlcə qadın zənn etdim, transseksual olduğunu gördüm, dalaşdıq və öldürdüm" deyib.

Hadisənin təfərrüatını araşdıran polis onun 8 Martda Tarlabaşı Altın Bakkal küçəsində, üçmərtəbəli hotelin otağında Romanı öldürdüyünü müəyyən edib.

Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub.

İstanbulda öldürülmüş Roman adlı transvestit

"İstiqlal küçəsində gəzərkən rastlaşdım, 200 lirəyə razılaşdıq. Hotelə gəldik. Qadın zənn etmişdim, kişi olduğunu görəndə getməsini istədim. Ancaq o pul istədi, dalaşdıq, öldürdüm" – İran əsilli qatil bildirib.

Faktla bağlı cinayət işi açılıb.