Yumurtanı qıran kişi heyrətləndi

Yumurtanı qıranda onun içindən kiçik yumurta çıxıb
Sputnik

BAKI, 9 mart — Sputnik. Avstraliyada çəkilərək paylaşılan şəkil sosial mediada səs-küyə səbəb olub.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Skott Stokman adlı şəxs mağazadan aldığı yumurtanı qıran zaman heyrətlənib. 176 qram ağırlığında olan yumurta qaz yumurtasına oxşayır. Yumurtanı qıranda isə onun içindən kiçik yumurta çıxıb. Bu da anormal bir haldır.

Qeyd edək ki, belə hallara gec-gec olsa da rast gəlinir.