Əsrin görüşü reallaşmaq üzrədir

Tramp Kim Çen Inla 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir
Sputnik

BAKI, 9 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı Cənubi Koreya nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp Kim Çen Inla 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir. Bu halda Seulun nümayəndəsi bildirib ki, Şimali Koreya lideri ABŞ-ın müttəfiqləri ilə plan təlimlərinin davam etməli olduğunu anlayır.