Dəhşətli hadisənin görüntüləri indi yayıldı

Sözügedən partlayış nəticəsində 30 nəfər yaralanmışdı
Sputnik

BAKI, 9 mart — Sputnik. Ötən il sentyabrın 17-də London metrosunda baş vermiş partlayışın görüntüləri ortaya çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən partlayış nəticəsində 30 nəfər yaralanmışdı.

Çəkiliş partlayıcı qurğunun işə düşdüyü vaqondakı kamera vasitəsilə edilib. Videoda partlayışın ardınca sərnişinlərin qaçması da görünür.

Xatırladaq ki, Parsons Green metro stansiyasındakı partlayışı Əhməd Həsən Məhəmməd Əli törədib. İstintaqın məlumatına əsasən, 18 yaşlı terrorçu əlindəki plaktik torbanı yerə qoyaraq Putney Bridge stansiyasında vaqonu tərk edib. Qatar Parsons Green-ə çatanda partlayış baş verib.

Bu insidentin istintaqı davam edir. Əhməd Əli həbs olunub və günahını inkar edir.