Türkiyə müdafiə nazirinin müavinindən mühüm Azərbaycan açıqlaması

"Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib"
Sputnik

BAKI, 9 mart — Sputnik. "Mənim babam Kaçak Mehmet Genceli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib. Bundan şərəf və qürur duyuram".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş Parlament Komandalararası beynəlxalq futbol turniri"nin açılış mərasimində Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.

"Yaşasın Azərbaycan-Türkiyə dostluğu", — deyə nazir müavini bildirib.

Qeyd edək ki, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə martın 9-11-də keçiriləcək.