RUSİYA

Sərxoş qadına polislərdən maraqlı "8 mart hədiyyəsi"

Hadisə zamanı sürücü üçün "Tibbi müayinədən keçməkdən imtina" və "Dur əmrinə tabe olmama " maddələri iki inzibati protokol tərtib olunub
Sputnik

BAKI, 9 mart — Sputnik. Rusiyalı sərxoş qadın 8 mart bayram günü qəza törədib.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, sərxoş halda avtomobil idarə edən, Voljsk şəhər sakinini polislər uzun müddət təqib edib. Polislərdən qaçan qadın sürücü qəza törətdikdən sonra saxlanılıb. Asayiş keşikçilərinin xəbərdarlığına fikir verməyən sürücünün idarə etdiyi "BMW" markalı avtomobil "VAZ 2114" markalı avtomobillə toqquşub. Qəza baş verənə qədər hərəkətinə davam edib.

Ancaq qadın polisdən qaçdığını qəbul etməyib. Baş verənlər polis avtomobilinin kamerası tərəfindən qeydə alınıb. 

"Avtomobil idarə etməni qadağan edəcəksiniz? Bu yaxşı 8 mart hədiyyəsidir. Mən anında saxlamışam. Heş yerdə gizlənməmişəm. Yerimdə dayanmışam. Siqaret ver çəkim", – deyə qadın polislərə bildirib.

Yerli KİV-in məlumatına görə, hadisə zamanı sürücü üçün "Tibbi müayinədən keçməkdən imtina" və "Dur əmrinə tabe olmama " maddələri ilə iki inzibati protokol tərtib olunub.